Hava limanında dəhşət: 2 yaşlı uşaq baqaj lentində itib

03.06.2025

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da 2 yaşlı bir uşaq hava limanında baqaj lentinə çıxaraq itib.

Sherg.az xəbər verir ki,  ABŞ-ın Nyu-Cersi ştatındakı Newark Liberty Beynəlxalq Hava Limanında qorxulu anlar yaşanıb. Anası kassada uçuşunu yenidən bron etdirdiyi vaxt gözdən yayınan 2 yaşlı oğlan uşağı sərnişinlərin çamadanlarını qoyduğu baqaj lentinə dırmaşaraq sistemin içində itib.


Uşaq lentin üzərində sürüşərək alt mərtəbədəki baqaj yoxlama bölməsinə düşüb. Hadisəni eşidən iki polis əməkdaşı dərhal hərəkətə keçib. Polislərdən biri uşağı rentgen cihazının dərhal yanında tapıb.

Florida ştatının Tampa şəhərinə ailəsi ilə birlikdə tətilə getmək üçün hava limanında olan uşaq, hadisədən sonra təhlükəsiz şəkildə səyahətinə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью