Hava limanında dəhşətli ölüm: Təyyarənin mühərrikinə çəkilərək həyatını itirdi

08.07.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 İtaliyanın Milanoya yaxın yerləşən Berqamo Hava Limanında 35 yaşlarında bir kişi, uçuşa hazırlaşan təyyarənin mühərrikinə çəkilərək faciəvi şəkildə ölüb. Hadisə zamanı təyyarə parklanmadan çıxaraq manevr edirdi.


Sherg.az xəbər verir ki, ölən şəxsin sərnişin, hava limanı işçisi və ya kənar biri olub-olmadığı hələ də məlum deyil. Hadisədən sonra hava limanı müvəqqəti bağlanıb, uçuşlar iki saata yaxın dayandırılıb. İtaliya polisi hadisə ilə bağlı araşdırma başladıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью