Hava limanında ildırım təyyarəni vurdu, amma... (VİDEO)

25.01.2025

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Braziliyanın San Paulonun Quarulhos hava limanında "British Airways"ə məxsus "Airbus A350" təyyarəsinin quyruq üzgəcinə ildırım düşüb.

Qaynarinfo xəbər verir ki, hadisədən sonra təyyarə maneəsiz havaya qalxıb və problemsiz Londona enib.

Oktyabrın 13-də Türkiyədə hava limanında ildırım vurması nəticəsində stüardessa xəsarət alıb. İnsident Rizə-Artvin-İstanbul reysi uçuşundan əvvəl, qalxma prosesinin başlaması üçün təyyarənin qapısının bağlanmalı olduğu vaxt baş verib. Davam edən ildırım çaxmaları səbəbindən hava limanı təyyarələrin qalxış-enişini və bütün uçuş-enmə zolağı əməliyyatlarını müvəqqəti olaraq təxirə salıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью