Hava limanında müəmmalı insident: Polis axtarışlara başladı FOTO

18.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az "Bild"ə istinadən xəbər verir ki, An-24 yük təyyarələrinin dayandığı əraziyə aid hasarda dağıntılı dəlik aşkarlanıb. Məlum olub ki, naməlum avtomobil xüsusi qorunma üçün salınmış məhdudiyyət hasarına çırpılıb.

"Hasardakı dəliyi təhlükəsizlik əməkdaşları şənbə günü saat 23:00 radələrində aşkar ediblər. Federal və regional polis əməkdaşları tez bir zamanda hadisə yerinə cəlb olunublar və hava limanı ərazisini yoxlayıblar",- nəşr yazıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Tereza Leverenz nəşrə açıqlamasında bildirib ki, hadisə səbəbindən hava limanının şimal hissəsindəki uçuşlar dayandırılıb. "Amazon"un yük təyyarələri cənub uçuş-enmə zolağına enməyə məcbur ediliblər.

"Böyük ehtimalla avtomobil hasara çırpılıb. Lakin ərazidə gecə axtarışı zamanı nə avtomobil, nə də icazəsi olmayan şəxslər tapılmayıb", - Leverenz deyib.(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью