Hava limanında Rusiyanın SSJ100 təyyarəsi yanıb

25.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus “Sukhoi Superjet 100-95LR” təyyarəsinin göyərtəsində baş verib.

Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.

Məlumata görə təyyarənin göyərtəsindəki 79 sərnişin təxliyə edili.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью