Hava limanlarımız vurulmalıymış Arayikdən etiraf

03.03.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Həmin gün (2 oktyabr 2000-ci il-red) Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu”.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Arayik Harutyunyan məhkəmədə ifadəsində deyib.

O, əsas hədəflərin Azərbaycanın hava limanları olduğunu açıqlayıb:

“Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirililr”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью