Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın hava məkanı 3 mart səhərinə qədər bağlı qala bilər.
“Cebheinfo.az” xəbər verir ki, bunu Hava hərəkətinin idarə edilməsindəki mənbə bildirib:
"Son məlumatlara görə, ölkənin hava məkanı 3 mart UTC vaxtı ilə təxminən saat 8:30-a (Moskva vaxtı ilə saat 11:30) qədər bağlıdır. Əvvəllər ölkə üzərindən uçuşların 1 mart Moskva vaxtı ilə saat 11:30-da bərpa olunacağı gözlənilirdi.
Bir müddət əvvəl hava hərəkətinin idarə edilməsi dairələrindəki mənbələri də Qətər, Küveyt və Bəhreyn üzərindəki hava məkanının bu gün saat 13:00-a qədər bağlı qalacağını bildirmişdi. İraq, İsrail, Suriya və BƏƏ üzərindən uçuşlar da bağlıdır.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin