Hava, meydança, zəif oyun = 0:2

29.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Futbol üzrə ölkə çempionatının 2-ci liqasının 10-cu turunda “Dinamo” autsayder “Sheki City”ə səfərdə 2:0 hesabı ilə məğlub oldu. Halbuki paytaxt klubunun qələbə şansı daha yüksək dəyərləndirilirdi.

“Dinamo”nun rəhbəri Yaşar Seyidov oyunla bağlı belə dedi:

“Komanda imkanlarından aşağı səviyyədə çıxış etdi. Hava şəraiti, meydança amili, futbolçuların zəif oyunu nəticəyə təsir etdi. Oyunçularımızın nümayiş etdirdiyi oyun aşağı səviyyədə idi. Qalib gəlmək olardı. Qol imkanlarından istifadə etməmək məğlub olmağımıza gətirib çıxardı”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью