Hava nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri ARTDI

24.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 8 milyard 514 milyon 671,6 min ABŞ dolları dəyərində 41 min 847,9 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 1,5 dəfə çox və 2 dəfə azdır.

2025-ci ildə hava nəqliyyatı ilə 8 milyard 83 milyon 322 min ABŞ dolları (+1,6 dəfə) dəyərində 14 min 209,7 ton (-3,4 %) yükün idxalı və 431 milyon 349,5 min ABŞ dolları (+1,2 dəfə) dəyərində 27 min 638,2 ton (-57,1 % çox) yükün ixracı həyata keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью