Hava nəqliyyatı ilə sərnişin və yükdaşıma artıb

03.03.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bu ilin yanvar ayında hava nəqliyyatı ilə 303 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 13,1 faiz üstələyir.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Cari ilin ilk ayında bu nəqliyyat növü ilə 33,7 min ton yük daşınıb. 2024-cü ilin yanvar ayına nisbətdə 7,7 faiz artım müşahidə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью