Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Kənd təsərrüfatı qlobal iqlim dəyişikliklərinin güclü təsirinə məruz qalan sahələrdəndir və son illərdə bunun nəticəsini görürük.
Çünki istehsalın nəticələrinin formalaşmasında iqlim amilləri böyük rol oynayır və sözsüz ki, havaların yağmurlu, əlverişsiz keçməsi aqrar sahənin inkişafına çox ciddi təsirini göstərir.
Prosesdən müəyyən çıxış yolları axtarılır, artıq iqlim dəyişliklərinin fəsadları nəinki Azərbaycan üçün, dünya ölkələri üçün də çox ciddi problemlər yaradıb”.
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib .
Deputat bildirib ki, Bakıda keçirilən COP29 beynəlxalq tədbirində də sözügedən sahədəki problemlər özünü açıq şəkildə göstərdi: “Bu gün qlobal iqlim dəyişikləri nəinki kənd təsərrüfatının inkişafına, eyni zamanda ölkələrin iqtisadi inkişafına da çox ciddi mənfi təsirlərini göstərir.
Azərbaycanda da belədir. Çünki son illərdə havaların tez-tez dəyişilməsi, yay aylarında gözlənilmədən şiddətli yağışların yağması, hətta bu
Bugünkü hava şəraitinə nəzər salsaq, aydın təzahürlərini görərik.