Hava şəraiti ilə bağlı ən son vəziyyət açıqlandı

17.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Azərbaycanda bəzi rayonlara yağış yağıb, duman müşahidə olunub.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin sentyabrın 17-si saat 09:00-a olan məlumatına görə, ölkənin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. pizza sifarişi

Düşən yağıntının miqdarı Balakəndə 15, Qaxın Sarıbaş kəndində 12, Zaqatalada 8, Quba və Qusarda 3, Naftalan və İsmayıllıda isə 1 millimetrədək qeydə alınıb.

Bundan başqa, Şəmkir, Xızı, Şahdağ, Sabirabad və Lerikdə duman müşahidə olunub. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью