Hava şəraiti ilə əlaqədar istiliyin verilməsi davam etdiriləcək

15.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Elvin Basqallı sosial şəbəkə hesabında videomüraciət yayaraq bildirib.
O deyib ki, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.
Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü aprel ayının 15-nə qədər davam edir. Qanunvericiliyə görə, bu gün istilik təminatı dayandırılmalı idi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью