Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.
"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub.
Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu