Hava şəraiti ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan AÇIQLAMA

21.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.

Oxu.Az xəbər verir ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülür.

Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir.

Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью