Hava şəraiti paytaxtda faciəyə səbəb oldu Yaralananlar var...

08.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Dördpendirli pizza

Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Həkimlər tərəfindən ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Bildirilib ki, belə hava şəraitində mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmaqdan çəkinmək lazımdır.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью