Hava şəraitinə görə ölkə çempionatı təxirə salındı

07.02.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aşağı yaş qrupları üzrə futbolçular arasında Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. Sport24.az  xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bütün zonalar üzrə 8-9 fevral tarixində keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb. Bu addım hava şəraiti ilə əlaqədar atılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью