Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün “Turan Tovuz” Misli premyer-liqasının 24-cü turunda “Şamaxı”nın qonağıdı.
Bilindiyi kimi, “bozqurdlar”ın azarkeş qrupu “Ultras Turan” səfər oyunlarında da meydan sahibi ab-havasını yarada bilir.
Bəs azarkeşlər bu gün komandanı dəstəkləmək üçün Şamaxıya gedibmi? Bu sualı “Ultras Turan” azarkeş qrupunun rəhbəri Kamal Saqqayevə ünvanladıq:
“Hava şəraitinə görə Tovuza döndük, Ağsunun aşırımlarını çıxmaq mümkün deyil”.
Qeyd edək ki, oyun saat 14.30-da start götürüb.
ƏSƏD SEYİDOV