Hava yağıntılı və küləkli keçib

20.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib, güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 millimetrədək qeydə alınıb.

Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan Muxtar Respublikasında 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью