Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 may, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - deyə məlumatda vurğulanır.