Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misirdən İngiltərəyə uçan Easy Jet sərnişin təyyarəsinin pilotu huşunu itirib.
Havaya qalxdıqdan iki saat sonra uçuş heyəti kömək istəyib və sərnişinlər arasında narahatlıq və təşviş yaranıb.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə təyyarəsində çaxnaşma dolu anlar yaşanıb.
Pilotlardan birinin huşunu itirməsi səbəbindən təyyarə Yunanıstanın paytaxtı Afinada təcili eniş etməli olub.
Pilot yerə yıxılıb və uçuş heyəti təyyarənin qabağına doğru qaçıb, lakin təyyarədə olan sərnişinlər havaya qalxdıqdan iki saat sonra vəziyyətin dəyişdiyini anlayıblar.
“The Mirror” qəzetində çıxış edən bir sərnişin ekipaj üzvləri sərnişinlərdən “tibbi təhsili olan varmı?” sualını verib.
“O, bu sualı verəndən sonra bir neçə nəfər yerlərindən qalxaraq heyətə kömək etməyə getdilər”, - deyə sərnişin qeyd edib.