Havada quşla toqquşan təyyarədə yanğın panikası

12.11.2024

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Romadan Çinə uçan Hainan Hava Yollarına məxsus təyyarə ilə quşun toqquşması mühərrikdə yanğına səbəb olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 249 sərnişin və 16 ekipaj üzvü olan təyyarə Romadan qalxaraq Çinə doğru hərəkət edib. Havaya qalxdıqdan qısa müddət sonra baş verən xoşagəlməz hadisə nəticəsində təyyarənin mühərriki yanıb.

Pilotlar təhlükəsizlik protokollarına əməl edərək dəniz üzərində yanacaq boşaldıb, sonra isə havaya qalxdıqları Romadakı Fiumicino hava limanına qayıdıblar.

İtaliya rəsmilərinin açıqlamasına görə, fövqəladə eniş uğurla həyata keçirilib və hava limanının hərəkətinə heç bir maneə yaratmayıb. Təyyarə texniki ekspertizaya aparılıb.

Aviasiya mütəxəssisləri bildiriblər ki, quşların zərbələri, xüsusən də mühərriklərə dəydikdə, ciddi təhlükələr yarana bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью