Havada toz müşahidə olunur

27.07.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

Bizimyol.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.

Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью