Havada toz müşahidə olunur

14.05.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Havada toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər saatlarından başlayaraq tozlu hava şəraiti müşahidə olunur.

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. 

Müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi  nəticəsində baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью