Havada toz müşahidə olunur

22.08.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda Bakı və Abşeron yarımadasının atmosfer havasında meteoroloji şəraitlə əlaqədar lokal xarakterli toz müşahidə olunur.

Bu məlumatı Oxu.Az-a açıqlamasında Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva verib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.1 dəfə artıqdır.

"Küləkli hava şəraiti ilə əlaqədar müşahidə olunan toz lokal xarakter daşıyır", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb küləyi avqustun 22-si günün ikinci yarısında zəifləyəcək.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью