Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəs temperaturun daha da düşəcəyi halda Azərbaycanda qış mövsümünə erkən keçilə bilərmi?
“Azəristiliktəchizat” ASC-dən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən payız-qış mövsümü dağ rayonlarında 1 noyabr-1 may, Bakı şəhəri və respublikanın digər ərazilərində isə 15 noyabr-15 aprel tarixlərini əhatə edir:
“Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə imkan verir. Lakin mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir”.
“Azəristiliktəchizat”dan qeyd olunub ki, mövsümün başlanması barədə istehlakçılara 10 gün əvvəl qurumun rəsmi internet səhifəsində, KİV, habelə yaşayış binalarının girişlərində elanlar vurulmaqla məlumat verilir.
Könül