Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sakit okeanda baş verən "El Nino" və "La Nina" iqlim hadisələri dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərir. Bu proseslər bəzi ərazilərdə güclü yağıntılara, digərlərində isə quraqlıq və anomal istilərə səbəb ola bilir.
Milli.Az xəbər verir ki, ekoloq Sadiq Həsənov bildirib ki, "La Nina" soyuq hava axınlarını gücləndirdiyi halda, "El Nino" qlobal temperaturun yüksəlməsinə şərait yaradır. Onun sözlərinə görə, hazırda aparılan araşdırmalar "El Nino"nun aktiv fazaya keçə biləcəyini göstərir.
Mütəxəssislər qeyd edirlər ki, bu hadisələr Azərbaycana birbaşa təsir etməsə də, qlobal atmosfer dəyişiklikləri səbəbindən ölkədə yağıntı və temperatur göstəricilərində müəyyən fərqlər yarana bilər.
Qeyd edək ki, World Meteorological Organization-nın proqnozuna əsasən, "El Nino"nun 2026-cı ilin yay aylarında baş vermə ehtimalı 80 faizdir. Bunun ekstremal hava hadisələrinin riskini artıracağı istisna edilmir.
Asya