Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Artıq yay tətili günləri başlayıb və əhalinin böyük hissəsi istirahət planlarını reallaşdırmağa çalışır.
Lakin bu il müşahidə olunan qeyri-sabit hava şəraiti daxili turizmin inkişafına mənfi təsir göstərib.
Yağıntılı və sərin hava səbəbindən bölgələrə olan maraq müəyyən qədər azalıb.
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Modern.az-a bildirib ki, yerli əhali daha çox ölkə hüdudlarından kənarda istirahət etməyə üstünlük verir: “Şəki, Qax, Zaqatala və Balakən istiqamətində yağıntılı hava səbəbindən turist axını zəifləyib.
Qarabağ bölgəsinə isə yol məsafəsinin uzaq olması və havaların mülayim keçməsi bu istiqamətə olan marağı azaldıb.
İnsanlar daha çox Bakı və ətraf ərazilərdə istirahətə üz tuturlar.
Bununla belə, həftəsonları Şimal bölgələrinə müəyyən qədər turist axını müşahidə olunur”.