Havanı çirkləndirən zavodun işi MƏHKƏMƏDƏ

09.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

"Cebheinfo.az" bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir.

Araşdırma zamanı “İnam-2019” MMC-yə məxsus zavodda qaz-toz tutucu qurğunun quraşdırılması tam başa çatdırılmadığı üçün havaya normadan artıq tüstünün yayıldığı məlum olub. 

Faktla bağlı akt tərtib edilib və MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. 
Eyni zamanda, zavodun fəaliyyətinin ekoloji qanunvericiliyin tələblərinə uyğun təşkili ilə bağlı MMC-yə “Ekoloji tələb” verilib. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью