Icma.az, 525.az portalına istinadən məlumat yayır.
ABŞ-nin Havay adalarındakı Kilauea vulkanı yenidən püskürüb.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, püskürən lavanın hündürlüyü 200 metrə çatıb. Lava püskürməsi təxminən 6 saat davam edib.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 23 dekabr 2024-cü il tarixindən etibarən 57-ci dəfə püskürür.
Xatırladaq ki, 2018-ci ildə eyni vulkanda baş verən və təxminən 3 ay davam edən püskürmələr 700-dən çox evi məhv edib.
İbrahim Cəfərov