Havaya görə bulvardakı konsertlər təxirə salındı

27.04.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hava şəraitinin kəskin dəyişməsi və güclü küləklə əlaqədar olaraq, Caz və Şərab Festivalı çərçivəsində 27, 28 və 29 aprel tarixlərinə planlaşdırılan axşam konsertləri təxirə salınıb.

Axşam.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. 

Bildirilib ki, bu tarixlərə olan biletlər geri qaytarılacaq. Biletləri başqa tarixlərə dəyişdirmək mümkündür.

Festival çərçivəsində təşkil olunan yarmarka öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Bakıda ilk dəfə Caz və Şərab Festivalı keçirilir. 24 aprel tarixində başlayan Festival mayın 3-ə qədər davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью