Havaya görə konserti təxirə salındı

14.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Təşkilatçılar əlverişsiz hava şəraiti səbəbindən amerikalı reper Kanye Uestin Almatıdakı konsertini 15 avqusta qədər təxirə salıblar.

Redaktor.az xəbər verir ki, sənətçi bu barədə sosial media səhifəsində məlumat verib.

"Almatı sakinlərinin nəzərinə! Hava şəraiti səbəbindən bugünkü konsert sabaha təxirə salınıb. Sağlamlıq və təhlükəsizlik bizim prioritetimizdir. Sabah görüşənədək!", - deyə paylaşımda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью