Havaya görə məşq və mətbuat konfransını ləğv etməli oldular

15.06.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup mərhələsinin ilk oyunu öncəsi məşqini və mətbuat konfransını ləğv edib.

Redaktor.az xəbər verir ki, bu haqda “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Mateus Nunes mətbuat konfransında iştirak etməli idi, lakin pisləşən hava şəraiti ilə əlaqədar komanda rəsmiləri və jurnalistlər təhlükəsizlik məqsədilə məşq meydançasını tərk ediblər. Daha sonra futbolçular qapalı şəraitdə məşq ediblər.

Qeyd edək ki, Portuqaliyanın turnirdə ilk oyunu iyunun 17-də Konqo Demokratik Respublikasına qarşı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью