Havaya qalxan təyyarə yolda avtomobilə çırpıldı 5 nəfər öldü

07.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Arizona ştatında təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.

News24.az xəbər verir ki, Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq İdarəsinin paylaşdığı məlumata görə, Mesa şəhərindəki "Falcon Field" hava limanında havaya qalxan kiçik bir reaktiv təyyarə uçuş-enmə zolağının yanındakı yolda avtomobilə çırpılıb.

Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və avtomobilin sürücüsü ölüb, 1 nəfər yaralanıb.

Federal Aviasiya Administrasiyası təyyarənin "Honda HA-420" tipli yüngül biznes reaktivi olduğunu və qəzanın səbəbinin araşdırıldığını bildirib.

Aynurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью