Havayda sahilyanı ərazilər boşaldılır

30.07.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

ABŞ-da Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) Sakit Okeanda baş verən zəlzələdən sonra Havaydakı sahilyanı ərazilərin dərhal boşaldılmasını tələb edib.

525.az xəbər verir ki, evkuasiya çağırışı ilə bağlı mesaj FEMA tərəfindən “X” sosial media platformasında paylaşılıb. Havayda sahilyanı ərazilərdə yaşayan sakinləri hərəkətə keçməyə çağıran mesajda, evakuasiya yollarının adətən dalğa simvolu və daha yüksək yerə işarə edən ox ilə işarələndiyi bildirilib.

Qeyd edək ki, sahilyanı ərazilərdəki vətəndaşlara təcili olaraq ərazini tərk etməyə çağırış edilib.

Məhəmməd Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью