Haverts Çempionlar Liqası tarixinə düşdü

30.05.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Haverts Çempionlar Liqası tarixinə düşdü

"Arsenal"ın hücumçusu Kay Haverts Çempionlar Liqasının finallarında iki fərqli komandanın heyətində qol vuran tarixdə üçüncü futbolçu olub.

QOL.az xəbər verir ki, PSJ ilə həlledici matçın start heyətində meydana çıxan və artıq 6-cı dəqiqədə hesabı açan almaniyalı oyunçu adını turnirin tarixinə yazdırıb. Haverts bundan öncə 2021-ci ildə "Çelsi"nin forması ilə "Mançester Siti"nin qapısına yol taparaq komandasına çempionluq bəxş edib.

Məlumata görə, indiyədək Çempionlar Liqasının finallarında iki müxtəlif klubun heyətində qol vurmağı yalnız iki oyunçu bacarıb. Havertsə qədər bu uğura "Real" və "Mançester Yunayted"in heyətində fərqlənən Kriştiano Ronaldo, həmçinin "Yuventus" və "Bavariya" ilə eyni sevinci yaşayan Mario Mandzukiç imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью