Haydenin ölüm səbəbi açıqlandı

16.09.2026

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

36 yaşlı aktrisa Hayden Panettierinin ölüm səbəbi məlum olub.
OLAY yazır ki, aktrisa tərkibində fentanil olan güclü ağrıkəsici qəbul etdikdən sonra vəfat edib.

Toksikoloji ekspertizanın yekun nəticələri hələ hazır deyil. Bununla belə, istintaq ölümün həddindən artıq doza qəbulu nəticəsində baş verməsi ehtimalını araşdırmaqda davam edir.

Panettierinin Los-Ancelesdə uzun müddətdir narkotik maddə aldığı bir satıcısı olub və həmin şəxs ona reseptlə verilən preparatları qara bazardan satıb. Ölümündən bir gün əvvəl aktrisa sevgilisi Brayan Hikersonla birlikdə Los-Ancelesdən Cənubi Karolinaya yola düşüb və səfərdən əvvəl, iddiaya görə, satıcısından bir neçə preparat alıb.

İstintaqın versiyasına əsasən, avqustun 16-da səhər saatlarında Panettieri tərkibində fentanil olan bir oksikodon həbi qəbul edib. Fentanil heroinlə müqayisədə təxminən 50 dəfə daha güclü təsirə malik maddədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью