Hayduk Bakı səfərindən əvvəl uduzdu

19.07.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Hayduk" (Xorvatiya) yay hazırlığında son yoxlama matçına çıxıb.

QOL.az xəbər verir ki, Split təmsilçisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yerli LASK-la qarşılaşıb.

Görüş avstriyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Hayduk"un qolunu Marko Livaya vurub.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də Bakıda olacaq. Oyun saat 19:30-da start götürəcək. Cavab görüşü isə iyulun 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью