Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Burada olduğumuz üçün şadıq".
Apasport.az xəbər verir ki, bunu "Zirə"nin rəqibi "Hayduk"un baş məşqçisi Qonzalo Qarsiya mətbuata açıqlamasında deyib: "Avrokuboklar başlayır, rəqabət aparmağa hazırıq.
"Zirə" də güclü rəqiblərdən biridir. Ölkəni də bəyəndik, sabahkı oyunda yaxşı nəticə istəyirik".
Mütəxəssis sabahkı görüşdə formalaşmış komandaya qarşı oynayacaqlarını bildirib: "Rəşad Sadıqov 5 ildir ki, "Zirə"nin baş məşqçisidir.
Komanda nə istədiyini bilir, sabah formalaşmış komandaya qarşı oynayacağıq. Biz yeni komandayıq, yeni-yeni formalaşırıq.
İdeyaları həyata keçirmək üçnü işləyirik. "Zirə" uzun müddətdir ki, eyni baş məşqçiyə məxsusdur, demək ki, klub planlı şəkildə işləyir".
Qarsiya hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib: "Şanslar bərabərdir.
"Zirə"də müsbət məqamlar var, uzun müddətdir ki, birlikdə çıxış edirlər. Komanda nə istədiyini bilir.