Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Hayduk”un (Xorvatiya) futbolçusu Dominik Prpiç “Portu”ya (Portuqaliya) transfer olunub.
QOL.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu “Hayduk”un yetirməsidir. O, komandanın heyətində 50 rəsmi matça çıxıb 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.