Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Apasport.az xəbər verir ki, Splitdə baş tutacaq “Hayduk” - “Zirə” oyununu italiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Luka Payrettoya yan xətt hakimləri Cüzeppe Perrotti və Xaled Bahri köməklik edəcək.
Dördüncü hakim isə Paride Tremolada olacaq.
Qeyd edək ki, “Hayduk” - “Zirə” oyunu iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda baş tutacaq.
KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib DÇ biletlərinin qiyməti kəskin ucuzlaşıb KDÇ: Yarımfinal cütləri müəyyənləşib KDÇ: PSJ və “Real” yarımfinalda - YENİLƏNİB “Bavariya”da itki - AYAĞI SINDI - VİDEO