Hayfa avtovağzalında bıçaqlanma: dörd nəfər yaralanıb

03.03.2025

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mülki şəxslər hücum edəni odlu silahdan atəş açaraq öldürüblər

İsrailin şimalındakı Hayfa şəhərində bıçaqla silahlanmış naməlum şəxs mərkəzi avtovağzalın ərazisində insanlara hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

"Polis qüvvələri hadisə yerinə gediblər. Bir neçə nəfər yaralanıb", - şəhərin hüquq-mühafizə orqanlarından bildirilib.

İlkin məlumata görə, bıçaqlanma nəticəsində 4 nəfər yaralanıb. Mülki şəxslər hücum edəni odlu silahdan atəş açaraq öldürüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью