Haypers Qubaya texniki məğlubiyyət verildi

07.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 2-ci Liqasının təmsilçisi "Haypers Quba" cəzalandırılıb. 

QOL.az xəbər verir ki, turnirin 11-ci turunda keçirilən “Dinamo” – “Haypers Quba” matçının 80-ci dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olub.

Bu səbəbdən “Haypers Quba”ya texniki məğlubiyyət verilib (hesab 4:1 saxlanılır) və 400 manat cərimə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью