Haypers Qubaya texniki məğlubiyyət verildi

07.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan 2-ci Liqasının təmsilçisi "Haypers Quba" cəzalandırılıb.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında verilib.
Turnirin 11-ci turunda keçirilən “Dinamo” – “Haypers Quba” matçının 80-ci dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olub.
Bu səbəbdən “Haypers Quba”ya texniki məğlubiyyət verilib (hesab 4:1 saxlanılır) və 400 manat cərimə edilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью