Haysam əlQays daha üç il OPECin baş katibi olacaq

10.12.2024

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

OPEC ölkələri nazirlər konfransında Küveyt təmsilçisi Haysam əl-Qaysın təşkilatın baş katibi vəzifəsində səlahiyyət müddətini daha üç il müddətinə uzadıb.

“Report” xəbər verir ki, bu barədə OPEC-in bəyanatında deyilir.

Əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub. Onun səlahiyyət müddəti 2025-ci il avqustun 1-dən 3 il müddətinə uzadılır.

Qeyd edək ki, OPEC Konfransı adətən baş katibi 3 il müddətinə təyin edir və onun səlahiyyətlərini eyni müddətə daha bir dəfə uzada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью