Hazarın MY yə keçidinə görə rüşvət istəyən agent barədə araşdırma başladı

25.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

2012-ci ildə "Lill"dən "Çelsi"yə keçən belçikalı vinger Eden Hazar həmin il “Mançester Yunayted”ə keçməyə yaxın olub. 

Fanat.Az xəbər verir ki, onun “qırmızı şeytanlar”a keçidi agent Con Bikonun qanunsuz tələbləri səbəbindən baş tutmayıb. 

Məlumatı “The Times” yayıb. Mənbənin məlumatına görə, o, rəsmi sövdələşmədən keçmədən klubdan ödəniş almaq istəyib. Başqa sözlə, Biko İngiltərə klubundan rüşvət tələb edib.

"Mançester Yunayted" Bikoya qeyri-qanuni ödənişdən imtina edərək başqa bir oyunçu - Şinji Kaqava ilə müqavilə bağlayıb. Hazırda Belçikada Con Bikoya qarşı araşdırma aparılır. Agent maliyyə fırıldağında ittiham olunur.

Eden Hazar "Real Madrid"dəki uğursuz çıxışından sonra karyerasını bitirib.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью