Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin problemli məsələlər üzrə ABŞ ilə ciddi və bərabər danışıqlar aparmağa hazır olduğunu, lakin hazırda belə danışıqlar üçün əsasın olmadığını bildirib.
"Hesab edirəm ki, hazırda ABŞ ilə danışıqlar üçün ortaq bir bazamız yoxdur. Çünki əgər həqiqətən ciddi danışıqlar aparmaq istəyiriksə, yalnız rəsmi danışıqlar deyil, həm də real danışıqlar aparmaq istəyiriksə, bunun üçün zəmin hazırlamalıyıq. Xüsusilə, bu danışıqların məzmununu, formatını və qaydalarını müzakirə etməliyik və bütün bunlar həll olunana qədər hər hansı bir təhdid və təzyiqdən çəkinməliyik. Ədalətli danışıqlar hər iki tərəfin danışıqlar masasına oturub həll yolu tapmaq üçün məsələləri hörmətlə müzakirə etməyə hazır olduğu zamandır. İran buna hazırdır", - Əraqçi CNN Türk-ə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, ABŞ ilə diplomatik münasibətlər üçün "əlverişli atmosfer" lazımdır, lakin hazırda ciddi danışıqlar aparılmır. Əraqçi həmçinin bildirib ki, "ABŞ-dan mesajların ötürüldüyü müxtəlif vasitəçilər və üçüncü ölkələr demək olar ki, hər gün İranla əlaqə saxlayırlar".