Hazırda ABŞ la görüş üçün heç bir plan yoxdur Arakçı

31.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Hazırda ABŞ ilə görüş üçün heç bir plan yoxdur, bu barədə yayılan məlumatlar yalnız media müzakirələrindən ibarətdir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

O əlavə edib ki, Tehran hazırda belə bir görüşə ehtiyac görmür:

“İran İslam Respublikasının şərtləri aydındır və vasitəçilər həmin şərtlərlə bağlı müzakirələri davam etdirirlər”.

Arakçı bildirib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin mesajları diqqətlə nəzərdən keçirilib və məsələ ilə bağlı yüksək səviyyəli görüşlərdə müzakirələr aparılıb.

O, ABŞ-ın daha geniş dialoq və anlaşma üçün zəmin yaratmaq cəhdini müsbət addım kimi qiymətləndirib. Bununla belə, xəbərdarlıq edib ki, əgər Vaşinqtonun bu mesajı göndərməkdə məqsədi fikir ayrılığı yaratmaqdırsa, bu, ABŞ-ın əvvəlki səhvlərinə əlavə olunacaq növbəti yanlış addım olacaq.

İran xarici işlər naziri qeyd edib ki, Vaşinqton Tehranın şərtləri ilə razılaşdıqdan sonra danışıqların birbaşa, yoxsa dolayı yolla aparılacağı barədə qərar veriləcək.

Arakçı həmçinin İran nümayəndə heyətinin Dohaya göndərildiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью