Hazırda Bakı və Abşeronda yağış yağır Faktiki hava

07.12.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən arabir yağış yağıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub.

“Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, 7-si axşam saatıarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib”, – deyə məlumatda bildirilib.

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью