Hazırda bu yollarda sıxlıq müşahidə olunur KONKRET

04.01.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxt yollarında hazırkı vəziyyət açıqlanıb.

NİİM-dən KONKRET.az-a bildirilib ki, hazırda Bakı yollarında durum aşağıdakı kimidir:

1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
4. Zərifə Əliyeva küçəsində;
5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью